Grand rent a car Baku da İcarə şərtləri.
Xəbərlər | 24 Noyabr, 2025 13:08
İcarə Şərtləri və Ödəniş
- - Limitsiz km
- - Yerli vergilər
- - Sığorta (Çatışmazlıqdan imtina, Oğurluqdan Müdafiə, Üçüncü Şəxsin Məsuliyyəti)
- - Hava limanına çatdırılma.
- - 24 saat yol yardımı
- - İcarəçi etibarlı sürücülük vəsiqəsinə və 1 ildən az olmayacan sürücülük təcrübəsinə malik olmalıdır
- - Xarici vətəndaşlar üçün – etibarlı beynəlxalq sürücülük vəsiqəsi
- - İcarəçi etibarlı şəxsiyyət vəsiqəsini, xarici vətəndaşlar müvəqqəti yaşayış icazəsi, qonaq və turistlər isə pasportlarını təqdim etməlidirlər
- - İcarəçinin yaşı 21 - 65 yaş arası olmalıdır. Əks halda maşın sürücü ilə verilir.
Bundan sonra avto-nəqliyyat vasitəsini icarəyə verən “Grand Rent A Car” – “İcarəyə verən “, avto-nəqliyyat vasitəsini icarəyə götürən isə - “İcarəçi” adlandırılacaq.
"İcarəyə verən"in öhdəlikləri
- - Verilən avtomobilin icbari sığortasını təmin etmək.
- - Təbii aşınma zamanı avtomobilin cari xidmətini təşkil etmək. Normal aşınma nəticəsində təkərlər korlanarsa onlar pulsuz dəyişdirilir.
- - Avtomobili qeydiyyatdan keçirmək və onun sənədlərinin qüvvədə olmasına nəzarət etmək.
- - Xidmətdə olan avtomobili sürən bütün sürücülərin Azərbaycan ərazisində qəbul olunan etibarlı sürücülük vəsiqəsinə malik olmalarına nəzarət etmək.
- - Kirayə verən kirayəyə götürənə məxsus olan ləvazimatların itməsinə, yaxud zədələnməsinə görə məsuliyyət daşımır, bununla kirayəyə verəni bu tipli itki, yaxud ziyan nəticəsində meydana gəlmiş bütün qəza hadisələri, şikayət və ziyana görə məsuliyyət daşımaqdan azad edir.
- - "İcarəçi"nin-imza edənin (sürücünün) "İcarəyə verən" tərəfindən şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti və səlahiyyəti yoxlanılıb.
- - Nəqliyyat vasitəsinin “İcarəçiyə” təhvil-təslim zamanı heç bir kənar, qanunsuz və əlavə əşya aşkar edilməmişdir.
"İcarəçi"nin öhdəlikləri
- - Avtomobili yanacaqla təmin etmək.
- - Əgər sənəddə digər şərtlər nəzərdə tutulmayıbsa avtomobili yalnız Azərbaycan ərazisi hüdudlarında istifadə etmək.
- - Xidmət haqqını qabaqcadan ödəmək. Xidmət haqqının 1 gündən artıq gecikdirildiyi təqdirdə icarədar avtomobili tələb etmək hüququna malikdir.
- - Qəza baş verdiyi təqdirdə müvafiq dövlət orqanı, sonra sığorta təşkilatı və xidmət göstərən dərhal xəbərdar olunmalı və sığorta təşkilatına bu qəzanın ödənilməsi üçün tələb olunan sənədlər polis müfəttişliyindən əldə edilməlidir. Bu sənədlərin əldə olunması mümkün deyilsə, müştəri dəymiş zərəri ödəməyə məsuliyyət daşıyır.
- - Avtomobili xidmət üçün vaxtlı vaxtında xidmət stansiyasına gətirmək.
- - Avtomobilin təkərinin lazımi təzyiqdə olmasına, bütün maye səviyyələrinin (yağ, su və s.) tələb olunan miqdarda olmasına nəzarət etmək və buna əməl edilməməsinin nəticəsində yaranan hər hansı bir ziyanı ödəmək.
- - Avtomobili digər bir xidmətdə, yürüşlərdə və idman yarışlarında istifadə etmək, qəbul olunmuş çəkidən artıq yük daşımaq qadağandır.
- - Avtomobil sənəddə göstərildiyi tarixdə və müştəriyə verilən vəziyyətdə geri qaytarılmalıdır. Avtomobil xaricdən və daxildən təmiz olmalıdır. Müştəri təmir xərclərini xidmət göstərən ona təqdim etdiyi hesab əsasında ödəməlidir. Avtomobilin xidmət stansiyasında olduğu müddət xidmət müddətinə daxildir.
- - Maşın kirayə dövründə adı müqavilədə yazılmış digər şəxs tərəfindən də idarə edilə bilər və həmin şəxs müqavilənin bəndlərində nəzərdə tutulmuş şərtlərə riayət etməlidir. Kirayəyə götürən bu maşını idarə etmək icazəsi verilmiş başqa bir şəxsin müqavilədə göstərilmiş bütün şərt və müddəalara əməl etməsinə görə məsuliyyət daşıyır.
- - Kirayə götürən yol hərəkəti qaydalarına və qüvvədə olan qanunun tələblərinə riayət etməlidir. Kirayə götürən və yaxud maşının sürücüsü bu məsuliyyətdən xəbərdar olmadıqları barədə bəyanat verə bilməzlər. Kirayə götürən bu tələblərin pozulması nəticəsində meydana çıxan cərimə və xərclərə görə məsuliyyət daşıyır.
- - Bu müqavilədə tərəflərdən hər hansı birinin 1 (bir) günlük xəbərdarlığından sonra dayandırıla bilər.
- - “İcarəçi” avto-nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan, müqavilədə adı qeyd olunmayan digər şəxslərə etibar etməyə görə, törətdiyi yol qəza hadisələri, qayda pozuntuları, inzibati xətalar və cinayətlərə görə bütün məsuliyyət “İcarəçi” daşıyır. “Icarəyə verən” isə avto-nəqliyyat vasitəsinin icarədə olduğu müddətdə heç bir məsuliyyət daşımır.
- - Avto-nəqliyyat vasitəsinin icarədə olduğu müddət ərzində hər hansı bir qanunsuz, fors-major, bədbəxt hadisə baş verərsə, bu hadisə ilə bağlı müvafiq informasiyanı, sənədləri hüquq-mühafizə, dövlət və sığorta orqanlarına “İcarəçi” təqdim etməyə borcludur.
- - Hər hansı yol-qəza və ya bədbəxt hadisə zamanı nəqliyyat vasitəsi zərər çəkərsə, nəqliyyat vasitəsinin DYP-nin dayanacağından, müvafiq hüquq-mühafizə orqanlarından, müvafiq servisdə əsaslı bərpa olub tam saz vəziyyətə gətirilənədək nəqliyyat vasitəsinin hər günü üçün “İcarəçi” 1(bir) günlük icarə haqqının 50 (əlli) % dəyərini dərhal ödəməyə borcludur.( Bu hal ancaq İcbari sığorta( Standar Sığorta paketi) Paketi götürüldüyü halda qüvvədə olur)
- - Avto-nəqliyyat vasitəsinin icarə olduğu müddət ərzində “İcarəyə verən “in ucbatından hər hansı bir nasazlıq baş verərsə, “İcarəçi” nasazlığın müəyyən olduğu müddətdən 1(bir) saat ərzində “İcarəyə verən “ni xəbərdar etməyə borcludur. Əks halda “İcarəçi” iradı əsassız hesab olunacaq və baş vermiş nasazlıq “İcarəçi”nin şəxsi hesabına aradan qaldırılacaq.
- - “İcarəçinin” ucbatından müqavilənin hər hansı bir bəndi pozularsa və “İcarəçi ” öz üzərinə düşən öhdəliyi könüllü qaydada yerinə yetirməzsə, “İcarəyə verən” məhkəmə qaydasında öz hüquqlarını tələb edəcək. Məhkəmə xərclərini isə bütünlüklə “İcarədar” ödəməyi öz üzərinə götürür.
- - İcarəyə götürən avtomobili 3 gün ərzində bir istiqamətdə olan rayon və ya qəsəbələrə yürüş etmək səlahiyəti var.Bu zaman isə gündəlik limit 200 (iki yüz) km məsafə limiti verilir.Limit aşıldığı halda İcarəyə götürən keçilən hər limitə görə 0,20 azn dəyərində İcarəyə verənə ödəməyə borcludur və ya şərtlər pozulduğu halda avtomobilin icarə müddətinin qalığında asılı olmayaraq İcarəyə verən avtomobili geri tələb etmək səlahiyəti vardır.(Bu qayda müştərinin ödədiyi tarifə uyğun olaraq dəyişir)
- - İcarəçi avtomobili heç bir halda Ov məqsədi ilə,Offroader yollarinda və ya bu kimi hallarda istifadə etməyə icazə verilmir.
- - İcarəçi avtomobili İcarəyə götürərkən icazə verilən maksimum sürət həddini (120 km saat) heç bir halda aşmamalıdır.Sürət aşıldığı halda avtomobildə baş verən bütün texniki və ya mexaniki nasazlıqlar İcarəyə götürən tərəfdən ödənilir.İcarəyə götürən avtomobilin sürət həddinin aşılmasına və ya müqavilənin hər hansı bir bəndinin pozulmasına görə İcarəçi tərəfindən 1(bir) dəfə xəbərdarlığından sonra avtomobili geri tələb edib və ödənişi geri verməmək hüququ vardır.Əlavə cərimə məbləğidə tələb oluna bilər.
- - Əgər mübahisələr tərəflərin anlaşması ilə həll olunmazsa,müqavilənin icra yeri üzrə AR məhkəmə orqanları tərəfindən həll olunacaqdır.Müqavilənin icra yeri İcarəyə verənin hüquqi ünvanı hesab edilir.
- - İcarəçi Avtomobil ilə İşğaldan azad olunmuş ərazilərə (Qarabağ ərazisi) icazəsiz daxil ola bilməz,daxil olduğu zaman İcarəyə verən avtomobilini geri tələb edib,İcarə haqqını və Depozit məbləğini geri qaytarmamaq hüququ vardır.
- - İcarəçi avtomobili Kasko sığorta ilə icarəyə götürərkən təyin olumuş Azadolma məbləği (Franchais) yalnız bir hadisə üçün təyin olunmuş Azadolma məbləği sayılır.
"İcarəçi"yə (Müştəriyə) qadağandır:
Avtomobili 3-cü tərəfə vermək, sürücülük vəsiqəsi olan sürücü spirtli içki və ya narkotik maddə qəbul edibsə, qanuni sürət məhdudiyyəti pozulubsa (qəza haqqında hesabatda onun sürətin artırılmasına görə baş verməsi göstərilibsə), maşının yük və avadanlıq tutumu təlimatları pozulubsa və buna görə maşına zədə toxunubsa, sürət yarışı, etibarlıq və bu kimi digər testlərdən çıxmayıbsa.
← Əvvəlki paylaşım
Azərbaycanda avtomobil idarə etmək üçün hansı sürücülülk vəsiqəsi tələb olunur?
Növbəti paylaşım →
Şahdağa niyə getməli və orada sizi nə gözləyir?